© “Metafizika” Journal p-ISSN 2616-6879
Vol 6, issue 1, serial 21, 2023. pp.44-68 e-ISSN 2617-751X
44
UOT: 930.22
KBT: 66.49
MJ № 153
Heydər Əliyev ideyalarının postmünaqişə dövrü və miqrasiya
idarəçiliyi
Aqil Əhmədov
Abstrakt. Görkəmli dövlət və siyasi xadimlərin dövlətçilik ənənələrinin
qorunması və gələcək nəsillərə ötürülməsinə xidmət edən ideyaları hər zaman
aktual səslənir. Azərbaycan Respublikasının quruculuq və milli inkişaf
tarixində əvəzsiz yeri olan, xalq tərəfindən ümummilli lider yüksək ünvanına
layiq görülən Heydər Əliyevin ideyaları postmünaqişə dövründə sülh və
əməkdaşlığa yeni çağırışlar edir. Dövlət müstəqilliyinin bərpasından ötən 30
illik dövr bir daha təsdiq etdi ki, Azərbaycan ordusunun 44 günlük Vətən
müharibəsində qazandığı parlaq qələbənin təməlində Heydər Əliyev ideyaları
və siyasi məfkurəsi dayanır. Müharibədən ötən iki ildən yuxarı vaxt ərzində
Azərbaycan Respublikası regional və beynəlxalq müstəvidə həyata keçirdiyi
siyasətini gücləndirmiş, təhlükəsizlik şəraitində sosial-iqtisadi potensialını bir
qədər də artırmışdır. Hazırda Azərbaycan dövlətinin davamlı inkişafına öz
töhfəsini verən Prezident İlham Əliyevin qalib Ali Baş Komandan kimi
respublikanın milli maraqlarının qorunması istiqamətində həyata keçirdiyi
siyasət ölkənin tanınması və onunla əməkdaşlıqda maraqlı olan beynəlxalq
təşkilat və dövlətlərin diqqətini çəkir. Məhz Heydər Əliyevin dövlətçilik
ideyalarına sadiq qalaraq, Azərbaycanı beynəlxalq aləmdə böyük qürur və
şərəflə təmsil edən Prezident İlham Əliyevin ölkəyə rəhbərliyinin
postmünaqişə dövrünü, ümummilli liderin ideya və müdrik siyasətinin
intibah dövrü, məntiqi ardıcıllığı hesab etmək olar.
Respublikada həyatın bütün sahələrində olduğu kimi miqrasiya kimi
həssas mövzuda əməkdşlıq və inkişafa nail olunması müharibədən ötən qısa
vaxt ərzində özünü göstərir və tədqiqata elmi-nəzəri yanaşma tələb edir.
Tarix üzrə fəlsəfə doktoru, dosent
AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın beynəlxalq əlaqələr tarixi” şöbəsinin aparıcı
elmi işçisi; Bakı, Azərbaycan
E-mail: agilahma@gmail.com
https://orcid.org/0000-0002-9212-5147
Məqaləyə istinad: Əhmədov, A. [2023] Heydər Əliyev ideyalarının postmünaqişə dövrü və miqrasiya idarəçiliyi.
“Metafizika” jurnalı, 6(1), səh.44-68.
Məqalənin tarixçəsi:
Məqalə redaksiyaya daxil olmuĢdur: 29.12.2022
Təkrar iĢlənməyə göndərilmiĢdir: 19.01.2023
Çapa qəbul edilmiĢdir: 10.03.2023