1970-ci ildə Ərzurum-Xorasanda anadan olan Osman Nuri Aras 1990-cu ildə İstanbul Universiteti Siyasi Elmlər Fakültəsindən məzun oldu. 1993-cü ildə Dumlupınar Universiteti İctimai Elmlər İnstitutu İqtisad Kafedrasında magistraturaya təhsilinə başlayan Aras, 1995-ci ildə "Pul Siyasətinin Daxili Tarazlıqdakı Rolu və 1980-ci il Sonrası Türkiyə Nümunəsi" adlı dissertasiyası ilə magistr dərəcəsi aldı. Eyni il Marmara Universiteti İctimai Elmlər İnstitutu İqtisad Siyasəti kafedrasında aspiranturaya başladı. 1999-cu ildə "Başlıca Pul Tələbi Nəzəriyyələri və 1980-ci il Sonrası Maliyyə Sistemindəki İnkişafların Türkiyədə Pul Tələbinə Təsiri" adlı namizədlik dissertasiyasıni müdafiə etmişdir. 1993-98-ci illər- də Dumlupınar Universiteti Bilecik İqtisadiyyat və İdarəetmə Fa- kultəsində müəllim olan Osman Nuri Aras, 1999-cu ildə Rusiya Federasiyasına bağlı Dağıstan Müxtar Respublikasındakı Bey- nəlxalq Şərq Universitetində müəllim, 2000-ci ildən etibarən isə Azərbaycan Qafqaz Universitetində müəllim, kafedra müdiri, fakültə dekanı və prorektor kimi işləmişdir. Osman Nuri Aras 2003-2004-cü təhsil ilində araşdırma və təhsil məqsədilə Cənubi Afrika Respublikasında, 2005-2006-cı təhsil ilində isə ABŞ North Texas Universitetində olmuşdur. Hal-hazırda Türkiyə Respublikası Fatih Universitetində müəllim və Fatih Universiteti Məslək Yüksək Okulu müdiri olaraq işləyir. Osman Nuri Arasın 1. "Pul Tələbi Pul İqaməsi və Mali İnkişaf” (Bakı-2000), 2. "Rusiya sosio-iqtisadi dəyişmə dalğası” (Bakı-2000), 3. "Azərbaycanın Xəzər İqtisadiyyatı və Strategiyası” (İstanbul-2001), 4. "Azərbaycan İqtisadiyyatı, Makro İqtisadi və Sektörel Analiz (Bakı-2003), 5. "Ağıyla Qarasıyla Cənubi Afrika” (Bakı-2004), 6. "Azərbaycan İqtisadiyyatı və Sərmayə İmkanları" (Bakı-2005) adlı kitabları nəşr olunmuşdur. Müəllifin eyni zamanda iqtisadiyyat sahəsində əllidən çox məqa- ləsi bir çox mötəbər elmi jurnallarda dərc olunmuşdur. Aras evlidir və bir uşaq atasıdır. 1973-cü ildə Qərbi Azərbaycanın Göyçə mahalı Şişqaya kəndin-də anadan olan Elçin Süleymanov, 1992-ci ildə Azərbaycan Respub- likası Təhsil Nazirliyi xətti ilə Türkiyə Respublikasının İzmir şəhə- rində, Dokuz Eylul Universiteti İqtisadiyyat və İdarəetmə Fakultəsi Maliyyə ixtisasında bakalavr təhsilinə başlamışdır. Məzun olduq- dan sonra 1996-cı ildə Çağ Ögrətim İşlətmələrinin Bakı Özəl Türk Liseyi iqtisadiyyat filialında ixtisas fənnləri üzrə müəllim və müdir müavini işləmişdir. 2000-ci ildə Prof. Rəhim Rəhimovun rəhbərliyi ilə “Müəsisələrin böhran zamanı idarəetmə mexanizmi” mövzu- sunda magistr dissertasiyasını müdafiə edərək, Azərbaycan Res- publikası Nazirlər Kabineti Nəzdində Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun, Biznesin Təşkili və İdarə olunması ixtisası üzrə magistr dərəcəsi almışdır. Elçin Süleymanov 2000-ci ildən Qafqaz Universitetində Iqtisadiyyat və İdarəetmə Fakultəsi, Maliyyə və Kredit bölməsində baş müəllim olaraq işləyir. Müxtəlif illərdə Uni- versitet Mədəniyyət şöbəsinin müdiri, İctimai İşlər İdarəsində müdir müavini, Tələbə Dərnəkləri koordinatoru və Maliyyə kafedrasının müdir əvəzi olaraq fəaliyyət göstərmişdir. Hal-hazırda Qafqaz Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsi, Maliyyə kafed- rasının baş müəllimi olan müəllif, eyni zamanda 2005-ci ildən dünyanın bir çox mötəbər elmi indekslərinə daxil olan "Journal of Qafqaz University"nin redaktorudur. "Azərbaycanın müstəqillik sonrası beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlığının inkişaf və perspektivləri" mövzusunda dissertasiyası üzərində işləyən Elçin Süleymanov, qurucularından olduğu Azərbaycanın ilk virtual fikir qəzeti “Gündəlik” qəzetində, Azərbaycan Dövlət İqtisad Uni- versitetinin nəşr etdiyi “İqtisad” və Azərbaycan İqtisadçılar Birliyi- nin nəşr etdiyi ”İqtisadiyyat” qəzetində iyirmidən çox iqtisadi mə- qalənin müəllifidir. Qafqaz Universitetinin 15 illik yubuleyi münasi- bəti ilə gənc tədqiqatçılar və tələbələr arası “Azərbaycan-Türkiyə münasibətlərinin elmi, siyasi, mədəni və iqtisadi istiqamətləri, bugünkü vəziyyət və perspektivlər “elmi məqalə müsabiqəsinin koordinatoru və bu müsabiqə materyalları kitabının redaktoru olan Elçin Süleymanovun, müxtəlif elmi jurnallarda və beynəlxalq kon- fransların nəşrlərində otuzdan çox elmi məqalə və tezisləri çap edilmişdir. Dünyanın 130 ölkəsinin müxtəlif universitetlərindən tədqiqatçılarının daxil olduğu indexcopernicus şəbəkəsində, Azər- baycandan yeganə uzv olan müəllifin, ondan çox məqaləsi bu şə- bəkəyə daxil edilmişdir. Azərbaycan və xarici ölkələrdə bir çox treyning və seminarlarda iştirak edən müəllif ingilis, türk, rus, al- man dillərini bilir. www.osmannuriaras.com http://my.indexcopernicus.com/elchin http://maliyye.blogspot.com/