NƏŞRLƏR AZƏRBAYCAN MƏKTƏBİ. 2018. №4 95 http://journal.edu.az Müəlliflər: 1 Misir Mərdanov — Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, «Proceedings of the Institute of Mathematics and Mechanics» beynəlxalq elmi jurnalının baş redaktoru, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru. E-mail: misirmardanov@ yahoo.com 2 Aynur Həsənova — AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru. E-mail: aynur.hasanova73@ yahoo.com Açar sözlər: Nüfuzlu jurnal, elmi məqalə, əlyazmanın tərtibatı, məqalənin təqdimatı, elmmetrik verilənlər bazası, jurnal seçimi, resenziya, «saxta» jurnal, etik normalar, müəllif hüquqları. Annotasiya. Hər bir tədqiqatçının elmi nəticələrinin qlobal miqyasda tanınması və akademik ictimaiyyət tərəfindən qəbul olunması dövrümüzün əsas tələblərindən birinə çevrilmişdir. Elmi tədqiqatların nəticələrinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının formalarından biri də onların müxtəlif ixtisaslaşmış nüfuzlu jurnallarda çap olunmasıdır. Məqalənin nüfuzlu jurnallarda nəşri – tədqiqatçının elmi fəaliyyət sahəsinin genişlənməsi və elmi səviyyəsinin artmasının, ölkənin elmi nüfuzunun yüksəlməsi və mövqeyinin möhkəmlənməsinin təmin edilməsi deməkdir. Hazırda dünyada minlərlə jurnal nəşr olunur və nüfuzlu alimlər onların hamısını deyil, yalnız tanınmış elmi bazalarda nəşr olunanlarını izləyirlər. Belə bazalar sırasına ilk növbədə ildə on mindən çox jurnalı izləyən və qiymətləndirən Web of Science və otuz minə yaxın jurnalı izləyən və qiymətləndirən Scopus kimi beynəlxalq elmmetrik verilənlər bazaları daxildir. Adıçəkilən elmmetrik bazalara daxil olan jurnallarda elmi məqalə çap etdirmək məqalə müəllifləri ilə yanaşı, onların çalışdıqları universitet və institutların, təmsil etdikləri ölkələrin elmi nüfuzunu birbaşa müəyyən edən və son nəticədə, ölkənin inkişaf səviyyəsini göstərən əsas amillərdəndir. Bir sıra hallarda təqdim olunan məqalələrin yüksək indeksli nəşrlərdə qəbul edilməməsi mütəxəssislərimizin öz dəyərli nəticələrini yüksək standartlar səviyyəsində hazırlayıb təqdim edə bilməməsindən, bu sahədə təcrübə çatışmazlıqlarından irəli gəlir. Bu problemləri nəzərə alaraq, təqdim etdiyimiz məqalədə nüfuzlu elmi jurnallarda elmi nəticələrin dərci və bununla bağlı olan problemlər, əlyazmanın çapa hazırlanması, elmi məqalənin çap üçün təqdimolunma prosesi və tədqiqatçının elmi jurnal seçərkən diqqət yetirəcəyi əsas məqamlar öz əksini tapmışdır. Həmçinin, elmi nəşrlər üçün müəyyən tələblərin mövcudluğu, keyfiyyətli tədqiqat işinin müasir standartlara uyğun formada, lakonik və dolğun şəkildə yazılması və tərtib olunması oxuculara təqdim olunur. Nüfuzlu elmi jurnallara məqalə hazırlamağın yolları Misir Mərdanov 1 , Aynur Həsənova 2 http://orcid.org/0000-0003-3901-0719 DOI: 10.32906/AJES/683.2018.04.31 Məqaləyə istinad: Mərdanov M., Həsənova A. (2018) Nüfuzlu elmi jurnallara məqalə hazırlamağın yolları. «Azərbaycan məktəbi». № 4 (685), səh. 95–106. Məqalə tarixçəsi Göndərilib: 06.10.2018; Qəbul edilib: 17.11.2018