81 Azərbaycanın Vergi Jurnalı 1 (140) / 2020 İqtisadiyyatın sahələri üzrə vergi daxilolmalarının təhlili Mirəli Kazımov Şahzadə Mədətova Xülasə Tədqiqatın məqsədi müasir mərhələdə Azərbaycanın dövlət islahatlarının tərkib hissəsi kimi vergi siyasətinin prioritet istiqamətlərinin işlənməsi və iqtisadi inkişafa təsiri imkanlarının müəyyənləşdirilməsindən ibarətdir. Məqalənin yazılması prosesində müəllifər tədqiqatın metodologiyası olaraq dialektik idrak təliminin ümumi müddəalarına əsaslanmışlar. Tədqiqat zamanı həm ümumelmi, həm xüsusi, həm də sahəvi metodlardan (sistemli təhlil, məntiqi, məntiqi nəticələr çıxarılması, analiz və sintez, ümumi ilə konkret arasında əlaqə, ümumiləşdirmə, statistik təhlil və s.) istifadə olunmuşdur. Tədqiqatın nəticəsi olaraq, Azərbaycan Respublikasının gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan vergi siyasətində inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə olunması, yerli xüsusiyyətləri nəzərə almaqla çevik vergi sisteminin inkişaf etdirilməsi; vergi daxilolmalarını artırmaq məqsədi ilə vergi boşluqlarının diqqət mərkəzinə gətirilməsi (vergi boşluğu dedikdə hesablanıb dövlət büdcəsinə ödənilən vergilərlə, əsl həqiqətdə hesablanmalı və dövlət büdcəsinə ödənilməli olan vergilər arasındakı fərqdən nəzərdə tutulur); vergidən yayınma hallarına qarşı təsirli tədbirlər sisteminin işlənib həyata keçirilməsi kimi məsələlər yer almışdır. Xüsusilə də xidmət, ictimai-iaşə və ticarət; vergi dərəcələrinin optimallaşdırılması istiqamətində işlər davam etdirilməlidir. Beynəlxalq təcrübə göstərir ki, respublikamızda tətbiq edilən vergi dərəcələrinin heç də hamısı iqtisadiyyatın inkişafına daha səmərəli təsir göstərmir; iqtisadiyyatın qeyri- neft sektorunda daha əlverişli investisiya mühitinin yaradılması məqsədi ilə vergi yükünün aşağı salınması, vergi güzəştlərinin artırılması istiqamətində tədbirlər sistemi inkişaf etdirilməlidir. Vergi qanunvericiliyində və inzibatçılığında edilmiş əlavə və dəyişikliklərin vergi daxilolmalarına təsirinin qiymətləndirilməsindəki yaratdığı çətinliklər tədqiqatın məhdudiyyətlərini təşkil edir. Tədqiqatın praktiki əhəmiyyəti dövlət islahatlarının tərkib hissəsi kimi vergi siyasətinin təkmilləşdirilməsindən ibarətdir. Verilmiş təklifər və çıxarılmış nəticələr vergi sistemində qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsinə yeni yanaşma kimi tədqiqatın orijinallığı və elmi yeniliyi olaraq qiymətləndirilə bilər. Açar sözlər: vergi siyasəti, vergi qanunvericiliyi və inzibatçılığı, statistik təhlil, vergi boşluğu, vergidən yayınma. JEL Classifcation Codes: C01; C52; R15; K34 Analysıs of tax revenues on the sectors of economy Mirali Kazımov Shahzada Madatova Abstract The purpose of the study is to determine the priorities of tax policy in the sectors of economy as part of the state reforms in Azerbaijan at the present stage and to identify its impact on economic development. In the process of writing the article, the authors referred to the general provisions of dialectical cognitive teaching as a research methodology. Both general-scientifc, specifc and area methods (systematic analysis, logical, logical conclusions, analysis and synthesis, relationship between general and specifc, generalization, statistical analysis, etc.) have been used in the research. Findings of the research is to use the experience of developed countries in the tax policy to be implemented in the future by the Republic of Azerbaijan, to develop a fexible tax system taking into account local specifcs; in order to increase tax revenues, tax gaps should be the center of attention (tax gap is the diference between taxes being calculated and paid to the state budget and taxes that should actually be calculated and paid to the state budget); a system of efective measures against tax evasion should be developed and implemented. In particular, some works should be continued in the direction of service, public-catering and trade, optimization of tax rates. International experience shows that not all tax rates applied in our country have efective impact on economic development. In order to create a more efective investment climate in the non-oil sector of economy, a system of measures should be developed to reduce the tax burden and increase tax privileges. Limitations of the study are the challenges regarding the impact of amendments and newly added provisions to the tax legislation and administration on tax revenues by the sectors of economy. The practical implications of the research is to improve tax policy as a part of state reforms. The proposals and conclusions as a result of originality and scientifc novelty of the research are evaluated as a new approach to improving the legislation and administration in the tax system. Key words: tax policy, tax legislation and administration, statistical analysis, tax revenues, tax evasion Səh. 81-90