134
ADBTİA
Scientific News of Azerbaijan State
Academy of Physical Education and Sport
SPORT SCIENCE JOURNAL
Volume 1 № 4 2019
İNGİLİS DİLİNİN ÖYRƏNİLMƏSİNİN
AKTUAL PROBLEMLƏRİ
Elvira Babayeva
e.babayeva1992@gmail.com
Azərbaycan Milli Elmlər Akademiyası,
İ.Nəsimi adına Dilçilik İnstitutu
Nəşr tarixi
Qəbul edilib: 1 noyabr 2019
Dərc olunub: 5 dekabr 2019
©2019 ADBTİA.Bütün hüquqlar qorunur.
Annotasiya: bu məqalədə qlobal xarakter
daşıyan ingilis dilinin öyrənilməsi zamanı
qarşıya çıxan problemlər, ümumiyyətlə, bu
dilin mənimsənilməsində ümumi göstəricinin
aşağı olmasının əsas səbəbləri
araşdırılmışdır. İnsan fəaliyyətinin
reallaşdığı bütün sahələrdə ingilis dilinə olan
tələbat hər ötən gün daha da artmaqdadır.
Nəticədə, öz fəaliyyət sahəsində daha böyük
məqsədləri hədəfləyən insanların əksəriyyəti
bu dili öyrənməyə çalışır. Bununla belə,
təcrübələr göstərir ki, ingilis dilini öyrənmə
prosesinin subyektlərinin sayı ilə
müqayisədə dili bilən fərdlərin sayı olduqca
aşağıdır. İngilis dilini öyrənmə mərhələsində
qarşıya çıxan bir çox problemlərin başlıca
qaynağı dil öyrənmə məsələsi ilə bağlı yanlış
yanaşma və metodlardır. Məqalədə bütün bu
məsələlər müfəssəl şəkildə şərh edilmiş,
habelə göstərilən çatışmazlıqlar və
problemlərin hər biri öz həllini tapmışdır.
Açar sözlər: dil səriştəsi, ünsiyyət,
kontekst, səssiz dövr, motivasiya, akademik
səviyyə.
Giriş. Dünya əhalisinin ¼ -i (1,75 milyard)
ingilis dilindən aktiv ünsiyyət dili kimi
istifadə edir [5]. Bunun başlıca səbəbi
dünyanın bir çox inkişaf etmiş və inkişafda
olan ölkələrinin rəsmi dövlət dilinin ingilis
dili olmasıdır. Bununla belə, elmi-texnoloji
tərəqqi, dəyişən tələbatlar və müxtəlif
sahələrdə artan maraqlar bu dilə meyli daha
da gücləndirir. Nəticə etibarilə, ətrafda
gördüyümüz insanların bir çoxu bu dili
mənimsəməyə çalışır. Müxtəlif məqsədlərlə -
daha yaxşı təhsil almaq, arzulanan işdə
çalışmaq, xarici dildə ünsiyyət səriştəsi
qazanmaq və s. ingilis dilini öyrənən
insanların sayı get -gedə daha da artır.
Bununla belə, nəticələr əksər hallarda
gözləntiləri qarşılamır. Belə ki, ingilis dilini
bilən insanların sayı, bu dili öyrənənlərin
sayına nəzərən olduqca aşağıdır. İngilis dili
öyrənmək üçün müxtəlif alternativ
vasitələrin mövcudluğu bu problemi aradan
qaldırmır.
Tədqiqat metodları. Tədqiqat
işində,əsasən, təsviri (deskriptiv) metoddan,
dilin zahiri ilə bağlı məsələlərin
araşdırlmasında sosialoji, məntiqi, psixoloji,
dilin xarici ilə bağlı məsələlərin
araşdırılmasında isə sistemləşdirmə və
paradiqmalar üsullarından istifadə
olunmuşdur.
Müzakirə. İngilis dilini sürətli şəkildə
mənimsəmə tendensiyası onun dünyadakı
nüfuzu ilə əlaqədar ortaya çıxsa da, hazırda
bunun başlıca səbəbi təhsil və karyera
həyatındakı əhəmiyyətidir. Bu dilin müxtəlif
ölkələrdə təhsilin ayrı -ayrı pillələri üçün
tələb kimi irəli sürülməsi, iş həyatında
qarşıya qoyulan daha böyük hədəflərə
çatmaq üçün yenidən bu dilin maneə olaraq
ortaya çıxması dili öyrənən insanların
sayının getdikcə çoxalmasına səbəb olur.
İngilis dilinə tələbatın sürətlə artması
dünyanın hər yerində, o cümlədən
Azərbaycanda həm dövlət və həm də özəl
təhsil müəssisələrində bu dilin tədrisinə
xüsusi olaraq diqqət yetirilməsinə səbəb
olub[4. s355]. Bununla yanaşı, ingilis dilini
öyrətməyi hədəfləmiş müxtəlif tədris
mərkəzləri fəaliyyət göstərir.
Əsasən, Britaniyanın ən qabaqcıl
universitetlərinin nəşriyyatlarında müxtəlif
dil səviyyələri üzrə dərc edilən kitabların
çoxluğu ingilis dilini öyrənmək istəyənlərin
qarşısında yeni imkanlar açdığı kimi,
müəyyən qədər mental xaosun yaranmasına
da səbəb olur. Xarici dildə dil materiallarının
sadədən mürəkkəbə doğru sistemli şəkildə
öyrədilməsi və öyrənilməsi, sonrakı
mərhələdə müvafiq imtahanların təşkili üçün
Avropa Şurası tərəfindən Dillər üçün Ümumi